|
Donald Tusk: Tramp AB-ni dağıtmaq istəyir
Rusiya, Çin və ABŞ-dakı rejimlər Avropa üçün başlıca təhlükədir.
 
Axar.az xəbər verir ki, bu sözləri Avropa Şurasının rəhbəri Donald Tusk deyib.
 
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp isə ümumiyyətlə Avropanın varlığı üçün təhdiddir:
 
“Xüsusilə ABŞ-dakı hakimiyyət dəyişikliyi Avropa Birliyini çətin vəziyyətə salır. Yeni idarəçilik sanki ABŞ-ın son 70 ildəki siyasətini yenidən gözdən keçirir”.
 
Tusk onu da əlavə edib ki, əgər AB dağılarsa oradakı dövlətlər sözügedən qüvvələrdən asılı vəziyyətdə qalacaq.
Cia.az