|
Türkiyədə həbsxana partladıldı

Türkiyədə həbsxanaya bomba atılıb. 

 
Musavat.com-un məlumatına görə, hadisə Ağrı əyalətinin Doğubeyazit rayonundakı həbsxabada baş verib. Partlayış nəticəsində yaxınlıqdakı binaların pəncərələri qırılsa da, ölən və yaralanan olmayıb. 
 
Məlumata əsasən, avtomobillə gələn şəxs və ya şəxslər həbsxananın həyətinə əldə hazırlanan bomba ataraq, oradan uzaqlaşıblar. Həbsxana divarının dibinə düşən partlayıcı orada partlayıb. 
 
Hadisə ilə bağlı istintaq başlanıb. Polislər ərazidə axtarışları davam etdirir.
Cia.az