“RealDoll” şirkəti cinsi əlaqə üçün istifadə olunacaq robotlar hazırlayıb. Şirkətin səlahiyyətli nümayəndəsi Matt MakMallenin “Daily Star” verdiyi açıqlamaya görə, yeni seks oyuncaqları fərdi xüsusiyyətləri müəyyən etməyə imkan verən tənzimləyicilərə sahib olacaq.
Tənzimləyicilərdə “ağıllı”, “sadəlövh”, “seksual”, “xoşrəftar” və “təvazökar” kimi variantların, hər bir variantın isə özünün müxtəlif dərəcələrinin olacağı bildirilib. Bununla oyuncağın “hiss”ləri tənzimlənəcək. Davranışları bu tənzimləyicilərlə tənzimlənən robotlar, sahiblərini sevə də biləcəklər. Satışlara aprel ayında başlanılacaq.
MakMallenin sözlərinə görə, bir robotun qiyməti təxminən 12 min avro olacaq.
Cia.az
