|
Peruda qızıl mədəninin uçması nəticəsində 2 nəfər ölüb
Perunun Ayakuço regionunda mədənin uçması nəticəsində ən azı iki nəfər ölüb, daha bir nəfər yaralanıb. 
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Pauka-del-Sarasara əyalətinin polis rəisi Migel Rivera məlumat verib. "Çərşənbə axşamı "Inmacular" şirkətinə məxsus 4420 saylı mədən dəhlizində uçqun baş verib, şirkət özü bizə iki nəfərin öldüyü barədə məlumat verib", - deyə Rivera RPP radiosuna bildirib. 
 
Mədən qızıl və gümüş hasilatı ilə məşğuldur. Faciənin səbəbləri məlum deyil.
Cia.az