Amerikanın Pensilvaniya şəhərində federal həbsxanaya girmək istəyən bir nəfər qəribə üsula baş vurub. O, bu məqsədlə bankı 1 dollarlıq “qarət edib”. Polisə verilən şikayətə görə, Cefrey McMullen adlı kişi AmirServ adlı banka müştəri kimi girib və xəzinədara içində “mənə bir dollar verin” sözləri yazılan vərəq verib.
Xəzinədar bunun bir zarafat olduğunu düşünsə də, daha sonra kişi başqa bir bank işçisinə yaxınlaşıb. Cefrey bu dəfə də həmin bank işçisinə soyğunçu olduğunu deyib və sonuncu bununla bağlı polisə müraciət edib. Polis hadisə yerinə gəlib və Cefreyi saxlayıb. İşinə federal məhkəmədə baxılacaq kişi polisə deyib ki, məqsədi şəhərin mərkəzindəki bir həbsxanaya göndərilmək olub. Məhkəmə isə bu adam üçün hər hansı bir vəkil təyin etməyib. McMullenin əqli durumunun qaydasında olub-olmamasını yoxlamaq üçün onu psixiatrik müayinədən keçirməyə qərar veriblər.
Polis onu da aşkarlayıb ki, bu adam bank xəzinədarına iki vərəq yazıb. Bunlardan birində ”FBİ tərəfindən yaxalanma. Loretto Pennsylvanianı tərcih edirəm. Mətbuat yox. Bütün sənədləri möhürlə”, digərində isə ''Federal bank qarəti. Lütfən 1 dollar ver” sözləri yazılıb. Polislər təxmin edir ki, bank soyğunçusu hadisənin mediaya yayılmasını istəmədiyi üçün “Mətbuat yox” sözlərini yazıb.
Cia.az
