İngiltərənin Esseks şəhərində yaşayan Paul və Karla Krozier cütlüyü indidən tarixə düşüb. Çünki cütlük cüt əkiz gözləyir.
Hazırda 5 aylıq hamilə olan ana Karla (34), dördüz dünyaya gətirəcək. Amma həkimlər bu dördüzlərin əkiz olduğunu deyib. “Bu, inanılmaz bir şey” deyərək heyrətlərini dilə gətirən həkimlər iki dənə tək yumurta əkizinə sahib olan Karlanın 70 milyonda bir ehtimalı gerçəkləşdirdiyini deyib. Xoşbəxtliyi üzündən oxunan ana Karla isə "Balaca qızım Darcieyə bir qardaş gətirmək üçün hamilə qalmağa qərar verdim.
Bu səbəbdən də spirtli içkini atıb, idmana başladım. İşimdən çıxdım. Amma bu, hamısına dəyirdi” dedi.
Cia.az
