|
Qarlı hava məktəblərdə davamiyyətə mənfi təsir göstərib
Ölkə ərazisində müşahidə olunan qarlı hava bir çox sahələrə təsir edib. O sahələrdən biri də təhsildir. 
Cia.az orta məktəblərdə davamiyyətin necə olması ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, dağ və dağətəyi rayonlarda hava şəraiti ilə bağlı davamiyyət xeyli düşüb. Bakı və Abşeron məktəblərində də həmçinin yollarının buz bağlaması səbəbindən şagirdlərin dərsə getməsində müəyyən problemlər yaşanır. 

C.Valehov bildirib ki, Bakının fərqli relyefə malik ərazilərində davamiyyət fərqlidir: "Paytaxtın elə əraziləri var ki, ora qar daha çox yağıb. Buna görə də şagirdlərin məktəblərə getməsində müəyyən çətinliklər yaranıb". 

Təhsil Nazirliyinin sözçüsü onu da deyib ki, hazırda məlumatlar toplanır: "Saat 13-ə kimi biz bu məsələlərlə bağlı informasiyaları yeniləyib, ictimaiyyətə çatdıracağıq". 
Cia.az