|
Gəncədə 2 otaqlı ev yanıb

Gəncədə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 26 m² olan taxta konstruksiyalardan ibarət 2 otaqlı evin 1 otaqının tavanı 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az