Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun rütbəsi artırılıb.
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə V. Əsədova polis polkovniki rütbəsi verilib.
