Sosial şəbəkələrdə ürəkağrıdan kadrlar yayılıb. Belə ki, Argentinada turistlər sahilə çıxan delfini tutaraq onunla selfi çəkdirməklə məşğul olublar.
Bu zaman onlar delfini əlləriylə tutaraq onun üzüb gedməsinə əngəl yaradıblar. Nəticədə isə delfin ölüb.
Görüntülər "Mashable"də yer alıb. Faciəli hadisə Buanes-Ayresin 320 kilometrliyində yerləşən San-Bernardo şəhərində baş verib. Bildirilir ki, bu, ölkədə baş verən ilk belə hadisə deyil.
Cia.az
