“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolda videotəkrarın olmasının tərəfdarıdır.
İspan mütəxəssis bununla bağlı sosial şəbəkədə fikirlərini yazıb:
“Mən də futbolda videotəkrarın olmasının tərəfdarıyam. Hesab edirəm ki, hakimlərə kömək etmək lazımdır”.
Xatırladaq ki, həftəsonu La Liqada keçirilən “Betis” - “Barselona” oyunundan sonra videotəkrar məsələsi yenidən gündəmə gəlib. Həmin matçın 78-ci dəqiqəsində hesab “Betis”in xeyrinə olarkən Neymar “Barselona”nın cavab qolunu vurub. Top qapı xəttini keçsə də, hakim əksini düşündüyündən qolu hesaba almayıb.
Cia.az