|
“Eurovision-2017”nin rəmzi açarı Kiyevə təqdim edilib

“Eurovision-2017” mahnı müsabiqəsini keçirmək hüququnun rəmzi açarı Ukraynanın paytaxtına rəsmən təqdim edilib. Bu barədə Kiyev şəhər merinin müşaviri Dmitri Beloserkovets “Facebook” səhifəsində məlumat verib.

Kiyev meri Vitali Kliçko Stokholm Şəhər Şurasının başçısından açarı qəbul edib.

Xatırladaq ki, “Eurovision-2017” mahnı müsabiqəsi Levoberejnıda Kiyev Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

Cia.az