Aktyor Con Lecenq və aktrisa Krissi Teyqen ikinci dəfə valideyn olmaq istəyindən danışıblar.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, şou proqramlardan birində qonaq olan cütlük ikinci övladlarının oğlan olmasını istəyirlər.
9 ildən sonra, ötən ilin aprelində qız uşağı dünyaya gətirən Krissi yaxın günlərdə bir daha hamilə qalmaq istədiyini bildirib.
"Bizim 5, 6 il bundan əvvəl övladımız olmalı idi. Amma həm məndə, həm Conda yaranmış bəzi problemlər bu müddəti uzatdı. Hazırda bir qızımız var. Biz çox xoşbəxtik. Amma daha birini istəyirik", - deyə Teyqen vurğulayıb. 
Cia.az
