Səudiyyə Ərəbistanının hərbi gəmisi ölkənin qərb sahillərində Yəməndə hakimiyyətə qarşı olan, İranın dəstəklədiyi husi qiyamçıları tərəfindən raketlə vurulub.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, gəminin raketlə vurulması videosu sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, gəmi krallığın qərb sahilində Hudaydah liman şəhərində vurulub.
Səudiyyə Ərəbistanı rəsmiləri bildiriblər ki, gəminin vurulması terror aktıdır. Hadisə nəticəsində iki hərbçi ölüb.
Cia.az
