|
Kanadada məscidə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
Kanadanın Kvebek şəhərində məscidə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb.
 
APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, 27 yaşlı Aleksandr Bisonet qəsdən adam öldürməkdə təqsirli bilinir. Hazırda hüquq-mühafizə orqanları A. Bisonetə qarşı terrorçuluq daxil olmaqla, digər ittihamların irəli sürülməsi məqsədi ilə müvafiq tədbirlər görür.
 
Xatırladaq ki, Kanadada məsciddə 6 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktı kimi qiymətləndirilib. Hadisə zamanı həmçinin 8 nəfər yaralanıb, onlardan 5-in vəziyyəti ağır kimi qiymətləndirilir.
cia.az