|
Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib
Dağıstanın Tsumadin rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının  nümayəndəsi bildirib.
 
Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: “Antiterror əməliyyatı rejimi Tsumadin rayonunun Kvanada və Qimerso yaşayış məntəqələrində yerli vaxtla saat 04:00-dan etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.
Cia.az