|
“Ora bir cavan oğlan qoyublar, kiminsə qohumudur...”

"Bakıda işıqforların tənzimlənməsi Nəqliyyat Nazirliyindən alınıb Yol polisinə verilsin".

"Qafqazinfo" xəbər verir ki, bu təkliflə millət vəkili Çingiz Qənizadə Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətə həsr olunan tədbirdə çıxış edib.

Onun sözlərinə görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəhbərliyinə bir cavan oğlan qoyublar. O da kiminsə qohumudur deyə həmin vəzifəyə sahib olub. Sözügedən qurum yol hərəkətini səmərəli tənzimləyə bilmir".