"Oman Air" aviaşirkətinin Masqətdən Londona uçan təyyarəsinin reysi gecikdirilib. Buna səbəb təyyarəyə minik vaxtı sərnişinlərdən birinin qırxayaq tərəfindən dişlənməsi olub.
Musavat.com "Khaleej Times" qəzetinə istinadən xəbər verir ki, təhlükəli həşarat sərnişinin pencəyinin cibində olub.
Hadisədən sonra xəsarət alan kişi təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib. Sərnişinin cibinə qırxayağın hansı yolla düşdüyü və onun son vəziyyəti barədə məlumat verilməyib.
Cia.az
