|
İraq parlamenti yeni nazirləri təsdiq edib
İraq parlamenti yeni müdafiə və daxili işlər nazirlərinin təyinatını təsdiq edib. 
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentlliyində yer alıb. Daxili işlər naziri vəzifəsini icra edən Səlim Əl-Həbban keçən ilin iyul ayında İraqın paytaxtında 213 nəfərin ölümünə səbəb olan partlayışdan sonra istefaya getmişdi.
 
Müdafiə naziri Xalid əl-Obeyd isə 2016-cı ilin avqustunda parlamentin qərarı ilə rüşvətxorluqda günahlandırılaraq, vəzifəsindən uzaqlaşdırılıb.
 
İndi isə müdafiə naziri vəzifəsinə İrfan əl-Hiyali və daxili işlər naziri vəzifəsinə isə Qasim əl-Aaraci təyin edilib.
Cia.az