İraq hərbçiləri Mosulun azad edilən şimal rayonunda qocalar və uşaqlar da daxil olmaqla 27 nəfərin meyiti olan qardaşlıq qəbiristanlığı aşkar edib.
Musavat.com xəbər verir ki, bu barədə dövlət televiziyası hərbçilərə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, El-Kubba rayonunda tapılan 27 meyitin üzərində zorakılıq əlamətləri aşkar olunub.
Meyitlərin çoxunun üzərindən sənədlər tapılıb və bu da meyitlərin qohumlarına verilməsinə imkan yaradıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Cia.az
