Fevralın 11-də “ISR Plaza”da “Məhəbbət əhvalatı” (Love story) adlı sərgi-yarmarka təşkil ediləcək.
22-ci dəfə baş tutacaq sərgi-yarmarkada bir sıra rəssamların əl işləri nümayiş olunmaqla yanaşı, həm də satışa çıxarılacaq. Romantik mövzulu əsərlərin üstünlük veriləcəyi sərgi-yarmarka iki gün davam edəcək.
Qeyd edək ki, iştirak etmək istəyən hər kəs sərgiyə qatıla bilər.
Cia.az
