Fevralın 3-də “Art Tower” qalareyasında “Azərbaycanın qış mənzərələri fotolarda” adlı fotosərgi açılacaq.
“Start” layihəsi çərçivəsində baş tutacaq sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” təşkilatının birgə dəstəyi ilə reallaşacaq.
Ölkəmizin istedadlı fotoqraflarına bir növ dəstək xarakteri daşıyan bu sərgi üç gün davam edəcək.
Layihənin məqsədi, Azərbaycanın mənzərəli yerlərini tanıtmaq, mənzərə fotoqrafiyası sahəsində gənclərin rolunu artırmaq və bu işin təbliğində onları dəstəkləməkdən ibarətdir.
Sərginin kuratoru tanınmış fotoqraf Rüstəm Hüseynovdur.
Cia.az
