|
Məşhur aktyor 4 ildən sonra bu addımı atdı
Aktyor Nejat İşlər uzun illərdən sonra yenidən seriala çəkiləcək.
Nejat sonuncu dəfə 2013-cü ildə “İntiqam” serialında oynayıb. Daha sonra səhhətində yaranmış problemlər ucbatından Bodrumdakı evinə köçüb və orada yaşamağa qərar verib. 
44 yaşlı aktyor bu illər ərzində ona gələn bütün təklifləri rədd etsə də, “Kanal D”də yayımlanan “Bodrum masalı” serialında çəkilməyə razılıq verib.
N.İşlər rolunun müqabilində həftəlik 25 min (təxminən 12 min AZN), aylıq 100 min türk lirəsi (təxminən 50 min manat) alacaq. O, bu təklifi rəhbəri olduğu “Gümüşlükspor” futbol klubu üçün qəbul edib. 

Belə ki, İşlər hər ay qazandığı 20 min türk lirəsini (təxminən 10 min AZN) klubuna xərcləyəcək. 

 Cia.az