|
Qaz sızması partlayışa səbəb olub:

Goranboyda fərdi yaşayış evində partlayış olub. Cia.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Quşçular kəndində baş verib. Qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 1989-cu il təvəllüdlü Vəfa Məmmədova və onun övladları - Filiz Məmmədova və Kənan Məmmədov yanıq xəsarətləri alıblar.

V. Məmmədova Gəncədəki xəstəxanaların birinə, övladları isə paytaxtdakı tibb müəssisəsinə göndərilib.

Cia.az