|
TRT-nin keçmiş direktoru saxlanılıb

Türkiyənin TRT televiziya kanalının keçmiş diktoru Həmzə Günerigök qeyri-qanuni yollarla Yunanıstana qaçmağa çalışarkən üzərində 5 200 ABŞ dolları ilə saxlanılıb.

Cia.az "Anadolu"ya istinadən xəbər verir ki, onun barəsində əvvəl Fətullahçı Terror Təşkilatı/Kölgə Dövləti Quruculuğuna (FETÖ/PDY) qarşı aparılan istintaq tədbirləri çərçivəsində həbs qərarı çıxarılıb.

Şübhəli Ədirnə şəhərində saxlanılıb. 

Cia.az