Xalq artisti Nuriyyə Əhmədovanın səhhətində problem yaranıb. Aktrisa reanimasiyaya yerləşdirilib
Aktrisanın rəfiqəsi, jurnalist Sədaqət Kamal xalq artistinin vəziyyətinin gecə saat 3 radələrində pisləşdiyini deyib.
"Gecə saat 3-də nəvəsi (dünyasını dəyişmiş qızının oğlu) qışqırıb məni çağırdı. Otağa girəndə gördüm ki, Nuriyyə yıxılıb yerə. Tez təcili tibbi yardım çağırdıq. Həkimlər yüksək təzyiq diaqnozu qoydular və təcili xəstəxanaya apardılar. Dəqiq deyə bilmərəm, deyəsən insult keçirib. Bir müddətdən sonra mənə zəng vurub Məlikov xəstəxanasına apardıqlarını bildirdilər".
Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının qəbul şöbəsindən Nuriyyə Əhmədovanın beyin-qan dövranı pozqunluğu diaqnozu ilə qəbul edildiyini bildiriblər. Xalq artisti hazırda reanimasiyadadır.//Pia
