Almaniya, İsveçrə və Avstriya alimləri sübut edib ki, digər insanlara qayğı göstərən yaşlı insanlar daha çox yaşayır.
Alimlər 1990-2009-cu illərdə keçirilən sorğuların məlumatlarını araşdırıblar. Sorğularda yaşı 70-dən 103-ə qədər olan 500 insan iştirak edib. Məlum olub ki, öz nəvələrinə və ya digər uşaqlara baxan yaşlı insanlar 3-4 il daha çox yaşayır.
Alimlərin fikrincə, bu nəticə yalnız vaxtaşırı olaraq uşaqlara baxan yaşlı insanlara aiddir. Daim nəvələrlə məşğul olmaq əksinə, qocalarda stress yaradır ki, bu da sağlamlığa mənfi təsir edir.
Cia.az
