|
Mustafa Akıncı : Təhlükəsiz ada yarada bilərik
Bərabər, azad və təhlükəsiz şəkildə yaşaya biləcəyimiz ada yarada bilərik.
 
Axar.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin lideri Mustafa Akıncı deyib. Lider yunan və türk tərəflərinin iştirakı ilə aparılan müzakirələrin hələ ki, bir nəticə vermədiyini bildirib:
 
“Lazımi nöqtəyə çata bilsək, son söz referendumda hər iki topluma aid olacaq. Lakin hələ ki, o məqamə çatmamışıq. Hər iki tərəfin, xüsusilə bəzi dairələrin dəstəyi ilə istəyimizə nail ola bilərik”.
cia.az