Son aylar Hollivud ulduzu Ancelina Coli Bred Pittlə boşanmasıyla daha çox gündəmə gəlir.
Aktrisa paparassilərdən qaçmağa, övladlarının fotolarının çəkilməməsinə çalışır. Ötən gün isə fotoqraflar Colini övladlarıyla çəkə biliblər.
Ancelina Malibuda alış-veriş zamanı görüntülənib. Qızı Vivyen və oğlu Noks da aktrisanın yanında olub. Uşaqlar fotokameralara əhəmiyyət verməməyə çalışıblar.
Coli zövqlü geyimi ilə də diqqət çəkib. O, qara dar şalvar, boz palto geyinib.


Cia.az
