Çində heyvanxanaya gələn ziyarətçilərdən biri pələngin hücumuna məruz qalıb.
Faciə Ninbo şəhərində baş verib.
Şahidlərin sözlərinə görə, ziyarətçi kişi arakəsməni aşaraq vəhşi yırtıcıların zonasına daxil olub. Bu vaxt heyvanlar yemlənirmiş. Heyvanlardan biri həmin kişiyə hücum edərək, ona ağır xəsarət yetirib. Həkimlər kişinin həyatını xilas edə bilməyiblər. Bildirilir ki, hücum edən pələng öldürülüb.
Cia.az
