|
ABŞ geoloqları Arizona səhrasında nəhəng yarıq aşkar edib-VİDEO
Arizona ştatında nəhəng yarıq əmələ gəlib. Təbiət hadisəsini dron vasitəsi ilə Amerikanın geoloji xidmətinin əməkdaşları çəkiblər.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Daily Mail"-də yer alıb. 
 
Xəbər verilir ki, yarıq Tator Hillz rayonunda, Sonora səhrasında tapılıb. Yarığın uzunluğu üç kilometr, eni isə bəzi yerlərdə beş metrə çatır.
 
Alimlərin fikrinə görə, yarıq 2013-cü ildə əmələ gəlib. O aktiv genişlənməyə isə 2014-cü ildə leysan yağışlarından sonra başlayıb.
 
 
 

cia.az