|
Öcalanın deputat bacısı qızı Türkiyəyə qayıdır -

Kürd lideri Abdulla Öcalanın bacısı qızı, deputat Dilek Öcalan fevralın 1-də həbs olunacağına baxmayaraq, Rusiyadan Türkiyəyə qayıtmaq niyyətindədir,

Aznews.az xəbər verir ki, Dilek Öcalan hazırda Moskvada rəsmi səfərlədir. Burada o, Rusiya siyasətçiləri və kürd siyasi fəalları ilə görüşür. Fevralın 1-də Şanlıurfa məhkəməsinin qərarına əsasən, Dilek Öcalan gözaltına alınacaq.

Türkiyə hakimiyyəti onu terrorizmin təbliğində günahlandırır.

“Məni məhkəməyə çağırıblar. Fevralın 1-də həbsim gözlənilir. Bu məni qorxutmur. Bizim çoxlu insanlarımız həlak olub. Onların mübarizəsi mənə güc verir”, - deyə Rusiya KİV-nə müsahibəsində D.Öcalan vurğulayıb.

Qeyd edək ki, Abdulla Öcalanın bacısı qızı Dilek Öcalan HDP-dən 2015-ci ildə millət vəkili seçilib

Cia.az