|
Hələbdə 5 ildən sonra bir ilk...
Suriyanın Hələb şəhərində 5 ildən sonra ilk dəfə futbol matçı keçirilib.
 
Axar.az xəbər verir ki, görüşdə “Əl İttihad” və “Əl Hürriyə” klubları üz-üzə gəliblər. Oyun yüksək təhlükəsizlik tədbirləri çərçivəsində keçirilib. 90 dəqiqənin sonunda sevinən tərəf “Əl İttihad” klubunun futbolçuları olub: 2-1
 
Qeyd edək ki, Hələb ötən ilin dekabrından aparılan hərbi əməliyyatlar nəticəsində terrorçulardan təmizlənərək hökumətin nəzarətinə keçmişdi.
Cia.az