|
Xristianların evini yandıran 155 nəfər cəza almadı
Pakistanda məhkəmə xristian məhəlləsindəki evləri yandıran 155 nəfərə cəza verməyib.
Bu barədə məlumat “Associated Press”-də yer alıb. Məlumata görə, pakistanlı hakim Lahorda onlarla evi yandıran şəxslərə “Hadisənin şahidi yoxdur” səbəbilə cəza verməyib. Qərarın apelyasiya məhkəməsinə bildiriləcəyi qeyd olunub. 

Hökumətin qərara sərt reaksiya verdiyi bildirilib. Evi yanan şəxslərə təzminat veriləcəyi də qeyd olunub.
Cia.az