|
Futbol üzrə Azərbaycan yığması Qətərlə qarşılaşacaq
Azərbaycan və Qətər milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.
 
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın fevralın 9-da Qətərdə təşkili nəzərdə tutulub. Bununla əlaqədar iki ölkənin futbol qurumu arasında ilkin razılıq əldə olunub.

Qətər 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək.
Cia.az