|
"Qarabağ"ın oyunçusu sevindiyindən hakimi qucaqladı

“Qarabağ”ın futbolçusu Ağabala Ramazanov “Neftçi” ilə oyunda maraqlı addımı ilə diqqət mərkəzinə düşüb.

Qol.az-ın xəbərinə görə, bu hadisə oyunun 72-ci dəqiqəsində baş verib.

Baş hakim Ramil Diniyevin “Neftçi”nin qapısına təyin etdiyi penalti qərarından sonra sevindiyindən emosiyalarını cilovlaya bilməyən Ağdam klubunun yeni transferi hakimi qucaqlayıb.