|
“Neftçi”nin yeni hücumçusu Namiq Ələsgərovun “Qarabağ”a qarşı oynamamasının səbəbi məlum olub. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlamasında deyib ki, Namiq Ələsgərov “Qarabağ”dan paytaxt klubuna təmənnasız keçib. “Bu səbəbdən klubun sahibləri xahiş etdilər ki, Namiq bizə qarşı oynamasın. Mən də “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevlə bu barədə danışdım və razılığa gəldim. Qərar rəsmi yox, qeyri-rəsmidir”. “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev də bu məsələdə hansısa problem görmədiyini söyləyib. Cia.az
|
