Aktrisa Berrak Tüzünataç məhkəməlik olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məşhurların həbs edildiyi narkotik əməliyyatında barəsində "narkotik maddə qəbul etmək və almaq" maddəsi ilə iş açılan aktrisa məhkəmənin verdiyi müayinə qərarını yerinə yetirmədiyi üçün cəzalandırılıb.
Narkotik aludəçisi olmadığını bildirən aktrisa belə deyib:
"Keçirilən əməliyyatlar zaman dostlarımdan biri məni tanımadığım bir məkana dəvət etmişdi. Buna görə də, polis mənim narkotik qəbul etmək üçün çağırıldığımı düşünüb. Bir də dükandan siqaret kağızları sifariş etmişdim, çünki o zamanlar siqareti tərgitmək istəyirdim. Bunu da narkotiklə əlaqələndiriblər. Mən buna layiq deyiləm".
Aktrisanın işinə İstanbul Cəza Məhkəməsində yenidən baxılıb və məhkəmə onun 1 il 8 ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. Lakin, cəza təxirə salınaraq, 5 illiyinə "yoxlamalı şəkildə sərbəst buraxılma" cəzası ilə əvəz edilib. Bu illər ərzində aktrisanın hər zaman həbs edilmə təhlükəsi olacaq.
Qeyd edək ki, aktrisa "Möhtəşəm yüz il" serialında canlandırdığı "Mihrünnisa Sultan" obrazı ilə məşhurlaşıb
