|
“Sovetski”də YANĞIN:

Bakının "Sovetski" adlanan ərazisindəki yaşayış binasında güclü yanğın baş verib.

Cia.az-ın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib.

Yanğının söndürülməsi işləri davam etdirilir.

 

xxx

 

Paytaxtın "Sovetski" adlanan ərazisində güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Modern.az-a verdiyi məlumata görə, hadisə Şahmat məktəbinin yaxınlığında qeydə alınıb.

3 mərtəbəli yaşayış binasında başlayan yanğının miqyası hazırda böyüyüb. Hadisə yerinə 10 yanğınsöndürən maşını və çox sayda canlı qüvvə cəlb olunub.

Məlumata görə, yanğının güclənməsində səbəb həmin binanın taxta konstruksiyadan ibarət olmasıdır.

Cia.az