Binəqədidə 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin qərarı ilə yanğın zamanı 15 nəfərin öldüyü binanı poliuretan materialla üzləyən "Qlobal Stone” və “Global Construction" şirkətlərinin təsisçisi Miryusif Mahmudov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ondan başqa, həbs edilən şəxslərdən "Global Construction” MMC-nin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov 4 il, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov 4 il, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov 3 il 6 ay, "Global Stone" MMC-nin baş direktoru olmuş Uğur Bəşirov 5 il, Binəqədi Rayon İcrah Hakiyyətinin başçısının müavini olmuş Qəzənfər Novruzov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən, istintaq müddətində ev dustaqlığında olan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov 2 il sınaq müddəti olmaqla cəza rəyin edilib.
İstintaq zamanı digər təqsirləndirilən şəxs "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri olmuş Ağacavad Məmmədov 2 barəsində sınaq müddəti olmaqla cəza təyin edilib.
Məhkəmə prosesi davam edir.
Cia.az
