|
İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Qol.az-ın məlumatına görə, bu gün “Mançester Yunayted” səfərdə “Hall Siti”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatsa da, “Mançester Yunayted” iki görüşün nəticəsinə əsasən (ilk oyun - 2:0) finala adlayan tərəf olub. “Hall Siti” – “Mançester Yunayted” – 2:1 Qollar: Huddeston, 35 (1:0), Poqba, 66 (1:1), Niasse, 85 (2:1) İlk oyun - 0:2 Qeyd edək ki, Joze Mourinyonun komandası finalda “Sauthempton”la qarşılaşacaq. Cia.az
|
