|
Emre Buse ilə aralarındakı münasibətə aydınlıq gətirdi

Müğənni Emre Altuğ Özcan Denizin keçmiş sevgilisi, aktrisa Buse Narcı ilə aralarındakı münasibətlə bağlı açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Aramızda kalmasın" verilişində qonaq olan Emre Buse ilə sonuncu dəfə aylar öncə Çeşmədə görüşdüyünü və həmin vaxtdan etibarən onu görmədiyini bildirib.

Altuğ Narcı ilə aralarında eşq münasibəti haqqında deyilənlərin yalan olduğunu vurğulayıb.

Qeyd edək ki, ifaçı model və aparıcı Çağla Şikel ilə 7 il ailəli olub və onların iki oğlu var. 

Cia.az