|
"Trabzonspor" komandası "Avnı Aker" stadionunda son oyununu keçirib
Türkiyənin "Trabzonspor" klubu Avnı Aker" stadionunda son oyununu keçirib. "Report"un məlumatına görə, ölkə kubokunda qrup mərhələsinin son turuna təsadüf edən matçda rəqib "Konyaspor" olub.
 
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 39-cu dəqiqədə Dame NDoye vurub. Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev oyunun iştirak ərizəsində olmayıb.
 
Qələbəyə baxmayaraq, "Trabzonspor" 1/8 finala yüksələ bilməyib. Buna komandanın H qrupunda 9 xalla 3-cü yeri tutması səbəb olub. Qrupdan 1/8 finala "Şanlıurfaspor" və "Osmanlıspor" klubları yüksəlib.
 
Qeyd edək ki, "Trabzonspor" yanvarın 29-da "Qaziantepspor"la Super Liqa matçından etibarən növbəti ev oyunlarını "Şenol Güneş" stadionunda keçirəcək.
Cia.az