|
Dövlət Baxçalı: “Həqiqəti gizlətmək qorxunun əlamətidir”

Türkiyənin Millətçi Xalq Partiyasının (MHP) lideri Dövlət Baxçalı TBMM-də konstitusuyaya dəyişiklik səsverməsi ilə bağlı fikirlərini bölüşüb. 


Musavat.com-un məlumatına görə, Dövlət Baxçalı bu barədə tvitter sosial şəbəkəsində yazıb. 
 
O, qeyd edib: “Bilərək səhv etmək, sonra da səhvin gətirəcəyi nəticələrdən çəkinib həqiqəti gizlətmək qorxunun əlamətidir. Siyasət tarixi bu nümunələrlə doludur. Biz səhv etmirik ki, təlaşa qapılaq. Biz millət, dövlət, cumhuriyyət, türklük üçün “hə” deyirik. Yeni bir referendum ərəfəsindəyik və türk millətinin iradəsi bir daha özünü göstərəcək”.
Cia.az