|
Turistləri gəzdirən avtobus aşıb: 13 yaralı

Türkiyədə Almaniyadan gələn turistləri gəzdirən avtobus aşıb. 

Qəza nəticəsində 13 turist yaralanıb. Hadisə Antaliyada baş verib. 41 yaşlı Semih Özcanın idarə etdiyi avtobus Kumlucadan Sideyə gedərkən yağış səbəbindən sürüşkən olan yoldan çıxıb və aşıb. 
Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.