Amerikalı Leonard Maullun ilginc vəsiyyəti dünyanı şoka salıb. O, dostu Bill Berridən ölümündən sonra sevdiyi və hər gün baş çəkdiyi dəniz sahilinin üzərindən təyyarə ilə yerə 10 min dollar səpələməsini xahiş etmişdi.
5 dəqiqə ərzində 10 min dolları yerə səpələmək mümkün olub. Xərçəng xəstəliyindən dünyasını dəyişən Leonard Maull dostuna "mən öldükdən bir il sonra 10 min dollarımı 5, 10, 20 və 50 dollarlıq əskinazlar olaraq dəniz sahilindən camaatın üzərinə at” deyibmiş. Dostunun vəsiyyətini yerinə yetirmək istəyən Berri bu barədə öncə polisə müraciət edib. Hüquq-mühafizə orqanları bu aksiyada hər hansı təhlükə görməsələr də, bəzi önləyici tədbirlər də həyata keçiriblər. Bu səbəbdən də pulların camaat tərəfindən yığışdırılması zamanı hər hansı insident baş verməyib.
Ancaq iki nəfər pulu əldə etmək üçün bir-birini itələdikləri üçün kiçik zədələnmələrə məruz qalaraq xəstəxanaya aparılıblar.
Cia.az
