|
Daha bir rus səfiri öldü

Rusiyanın Hindistandakı səfiri Aleksandr Kadakin vəfat edib.

68 yaşlı diplomat Yeni Dehlidə qısa sürən xəstəlikdən sonra vəfat edib.

Kadakin 2009-cu ilin noyabrında bu posta təyin olunmuşdu.

Bundan əvvəl, 2016-cı ilin dekabrında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürülmüşdü.

Cia.az