“İnter”dən ayrıldıqdan sonra işsiz olan Frank de Bur 11 klubun təklifini geri çevirib.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu haqda holland mütəxəssisin meneceri Qido Albers açıqlama verib:
“Hələ ki de Buru qane edən təklif almamışıq. Baxmayaraq ki, güclü klubların da yer aldığı 11 təklifi geri çevirmişik. Həmin təkliflər arasında Bundesliqa, Premyer Liqa, Fransa və Belçika klubları var idi.
O ki qaldı Çinə, Frank ora getməyi planlaşdırmır. Mən Çin klubları ilə çalışan menecerlərə açıq şəkildə bəyan etmişəm ki, bu ölkə hazırda maraq dairəmizdə deyil”.
Cia.az