|
Evra Fransaya qayıdır

Patris Evra “Yuventus”u tərk etmək üzrədir. 
Fransız futbolçu vətəninə qayıdır. Belə ki, Evra ilə “Marsel” arasında aparılan danışıqlar artıq yekunlaşmaq üzrədir. 
Fransa klubu 35 yaşlı futbolçu ilə 6 aylıq müqavilə imzalamağa hazırlaşır. 

Qeyd edək ki, Evranın adı “Kristal Pelas” və “Lion”la da yanaşı hallanırdı.

Cia.az