|
AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin statusu müəyyənləşib
Nazirlər Kabineti  “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin statusu müəyyənləşib.
 
“AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olacaq.
cia.az